ABŞ RUSİYANIN QARANTİYA TƏLƏBİNƏ CAVAB VERDİ - Sənəd öncə Ukraynaya təqdim olunub

Amerika administrasiyası Ukrayna hakimiyyətini Rusiyanın təhlükəsizlik üzrə qarantiyası təklifinə öz cavabı ilə tanış edib.

Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays jurnalistlər üçün keçirdiyi brifinqdə bəyan edib.

Prays həm də danışıb ki, ABŞ hakimiyyəti nəinki sənədin məzmunu barədə Kiyevə xəbər verib, həm də tanışlıq üçün ilkin versiyanı ona təqdim edib. Bundan başqa, onlar Ukrayna hakimiyyətinin fikrini alıblar və onu cavaba əlavə ediblər.

DD nümayəndəsi qeyd edib ki, NATO üçün, avropalı müttəfiqlər və Ukrayna üçün sürprizlər olmayacaq.

Qeyd edək ki, sözügedən sənəd bu gün axşam saatlarında Rusiyanın Vaşinqtondakı səfirinə təqdim edilib.

AzPoitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar