Menu

Rusiyada bir gündə 88 mindən çox yoluxma halı qeydə alınıb

27.01.2022, 12:32
Rusiyada bir gündə 88 mindən çox yoluxma halı qeydə alınıb

Rusiyada bir gündə rekord sayda – 88816 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 12 807 nəfər xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı daha 665nəfər artaraq 328 770-ə yüksəlib.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 11404617 nəfərə çatıb.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 10 129 691 nəfər sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol