Menu

NƏZİR YIĞIMI DA PAŞAZADƏDƏN ALINIR - Hansı quruma verilir?

28.01.2022, 18:29
NƏZİR YIĞIMI DA PAŞAZADƏDƏN ALINIR  - Hansı quruma verilir?

“Dini qurumlara ianə edilmiş pul vəsaitlərinin hər hansı bir formada təşkili və həyata keçirilməsini dövlət müəyyən edəcək. Yəni, bunu müvafiq icra hakimiyyəti orqanı kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tənzimləyəcək”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikləri şərh edərkən bildirib.

O qeyd edib ki, bununla bağlı müəyyən qaydalar hazırlanacaq: “Həmin qaydalar vasitəsilə də ianələrin forması müəyyənləşdiriləcək”.

Deputat vurğulayıb ki, qanuna təklif edilən dəyişikliklə ianə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək: “Bildiyiniz kimi hazırda ölkədə dini durumla bağlı siyasəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir. Yəni, Dövlət Komitəsinin müəyyən etdiyi orqan da bu funksiyanı yerinə yetirəcək.

Qanuna təklif olunan dəyişikliklər ianələrin həm nəğd, həm də elektron qaydada qəbulunu nəzərdə tutur. Hesab edirəm, bu dəyişiklik də sözügedən sahədə hesabatlılığın və şəffaflığın təmin olunmasına öz töhfəsini verəcək.

Cəmiyyətdə zaman-zaman nəzir qutularına atılan ianələrin taleyi ilə bağlı müxtəlif müzakirələr gedir. Hazırda ölkəmizdə “YAŞAT” Fondunun nümunəsi var. Hesab edirəm, belə bir sistem quraraq vəsaitin şəffaflığını və hesabatlılığını təmin edə bilərik”.

Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklikliyə əsasən, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edə biləcək.

Onu da qeyd edək ki, indiyədək Dini qurumlara ianə edilmiş pul vəsaitləri Qafqaz Müsəlmanları İdarəsi tərəfindən bölüşdürülürdü. Qurumun rəhbəri Allahşükür Paşazadə bu pulları hara xərclədiyi məlum olmasa da, özünə mənbəyi açıqlanmayan pullar hesabına ölkədə və xaricidə bahalı əmlallar aldığı məlumdur. 

"AzPolitika.info"

Şərhlər

Molla 2022-02-01 16:07:55

Tısbağanı ya öldürdün,ya da üzü yuxarı çevirdin-nə fərqi? Nəzir qutuları getdi? Paşazadə niyə dayanıb? O da getsin də! Bir fırıldaqçı azalar.

bayan 2022-01-29 09:27:41

Dərviş Məstəlişah, Şeyx Nəsrullah bitmir ki bitmir. Təhsilimizi elm ocaqlarımızı düzəltmiyənə qədər nəzir qutuları da yığışmayacaq.

İzləyici 2022-01-29 07:52:32

Hatəmlə həmrəyəm bu məsələdə

Eli 2022-01-29 01:36:15

Mence bu mesele vaxtında ictimaileşdirilseydi ,yeni nezirden yığılan pulların hara xerclendiyi bildirilseydı bele menasız söhbetlere ehtiyac olmazdı ve şübheler yaranmazdı.

X 2022-01-28 21:18:00

Kimse elimizden pulu alib qutuya atir. Ehtiyaci olanlari gormursuz. Gedin corek borcu olanlarin borc defterinden borcun sildirin. Ozunuzu idare ede bilmirsiniz Allahsukur neylesin Nasukur neylesin

Eli 2022-01-28 21:13:55

Bu mesele qlobal meseledir bunu ele bele hell etsek Avropa Şurası ATET BMT bize güler.Mence bele etmek olar,obyektiv olsun deye ;’:bu iişi vermek lazımdır ya Milli Banka ta da en varlı bank ya memur ta biznesmen kimdir onun nezaretine niye.Bir misal var:biri nezr deyir nezri nazil olur aoarır 1000$ verir bir millionere buna irad tutanlara ise deyir:Siz Allahdan çıx bilirsiniz o kime pul veribse men de ına verirem vessalam.Mentiq var?var

Kosmos 2022-01-28 18:58:03

Eceb zemanedir vallah millet kosmosa ucur biz helem de nezir qutusundan danishiriq

Akif m 2022-01-28 18:23:29

Niyə Dini Qurumlara? Hər rayonun Qırmızı Aypara Cəmiyyətinə verin.

t.ədalət 2022-01-28 13:56:51

Nəzir yığımı bəzi rayonlarda çoxdan İH başçılarının səlahiyyətinə keçib.Hacıqabul rayon İH başçısı "PirHüseyn" ziyarətgahına özünün nəzarətçisini qoyub.Nəzirləri özü götürür.

Oxucu. 2022-01-28 11:23:07

Görəsən küçələrimizdə dilənən dilənçilərə bu qanun tətbiq olunar?

Camaat 2022-01-28 11:05:46

Düzgün qərardır.Bu 50 il bündan qabaq olmalı idi.Olsa idi molla Paşazadə o yekəlikdə olmazdı.

Hatəm 2022-01-28 10:46:55

Ayıbdır. Bəsdirin də. Yığın o ianələri verin məmurlara. Görək necə olur. Bu ölkədə bir nəfər saxlamamısınız ki, vətandaşlar baxıb nümunə götürsün. Ş.. Dəhşətdir.Bunun axırı necə olacaq bilmək olmir. Hamını çirkaba batırırsınız. Bəlkə kifayətdir????????

Usta 2022-01-28 10:24:44

Rehberi Ayetulla olan bu Iran siyesi ile nehayet haqq hesab cekilir.Dovletin bu isini iki elle alqislayiram.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol