Menu

Volodimir Zelenski Ukrayna Milli Qvardiyasının komandanını işdən çıxarıb

28.01.2022, 11:57
Volodimir Zelenski Ukrayna Milli Qvardiyasının komandanını işdən çıxarıb

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Qvardiyanın komandanı general-polkovnik Nikolay Balanı tutduğu vəzifədən azad edib.

“Report” xəbər verir ki, bu məlumatı Ukrayna Prezidentinin saytı yayıb.

Milli Qvardiya komandanının işdən çıxarılmasına səbəb kimi yanvarın 27-də bir əsgərin 5 hərbçi yoldaşını öldürməsi, 5-ni isə yaralaması göstərilir.

General-leytenant Yuri Lebed Ukrayna Milli Qvardiyasının yeni komandanı təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol