Menu

Azərbaycan Mərkəzi Bankı inflyasiya ilə bağlı yeni proqnozlarını açıqladı

28.01.2022, 12:18
Azərbaycan Mərkəzi Bankı inflyasiya ilə bağlı yeni proqnozlarını açıqladı

"Bu il Azərbaycanda illik inflyasiyanın hədəf diapozonundan (4+/-2%) yuxarı - 6,6-7,5% təşkil edəcəyi gözlənilir".

Bunu keçirdiyi mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

"Gələn il isə illik inflyasiyanın hədəf diapazonuna yaxın olacağını proqnozlaşdırırıq", - deyə o, qeyd edib.

Xatırladaq ki, ötən il ölkədə qiymətlər orta hesabla 6,7% artıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol