DİNİ RƏHBƏRLƏRİ KİM TƏYİN ETSİN? – “Türkiyədə əvvəldən belə sistem yaradılıb”

“Dini rəhbərlərin təyinatı səlahiyyətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsi gecikmiş olsa da, doğru addım olardı”.

Bunu “AzPolitika.info”-ya açıqlamasında təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl "Dini etiqad azadlığı haqqında" qanunun 8-ci maddəsinə təklif olunan dəyişikliyi şərh edərkən bildirib. Bu təklifə görə, Azərbaycanda məscidlərə dini rəhbərlərin təyinatı səlahiyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilir.

Qeyd olunur ki, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana həvalə olunacaq.

Qanunun 8-ci maddəsinin hazırkı variantı belədir: "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur və hər beş ildən bir attestasiyadan keçir".

Ekspert qeyd edib ki, məscidlər, ziyarətgahlar insanların kütləvi şəkildə üz tutduğu məkanlardır. O, təəssüflə vurğulayır ki, bu yerlərə rəhbərlik edənlərin əksəriyyətinin dini bilikləri, dünyagörüşləri məhdud çərçivədə olduğundan bu yerləri ziyarət edənlər həqiqi dini inancdan çox təriqət və mövhumatçılıq istiqamətinə yönəldiliblər: “Din bayrağı altında xarici ölkələrin dövlətçiliyimizin təməl prinsiplərinin, dünyəvi quruluşunun əleyhinə yönəlmiş fəaliyyətləri bu cür məhdud təfəkkürlü dindarların günahı ucbatından müxtəlif kateqoriyalı insanlara, xüsusilə gənclərə mənfi təsirini göstərmiş və zaman-zaman ağır nəticələrə gətirib çıxarmışdır. Yeri gəlmişkən, qardaş Türkiyədə əvvəldən belə sistem yaradılıb. Bu qanunun Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, hörmətli şeyx Allahşükür Paşazadənin səlahiyyətlərinin azaldılmasına yönəldiyi və ya onun bu təyinatlardan öz maraqları üçün istifadə etməsi fikri yanlışdır. Şeyx dövlətçilik maraqlarını hər zaman üstün tutub və bu istiqamətdə xidmətləri danılmazdır. Əksinə, bu məsuliyyətin dövlət qurumunun ixtiyarına verilməsi Qafqaz Müsəlmanları İdarəsinin də maraqlarına uyğundur və ziddiyət yaratmayacaq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni səlahiyyəti yeni məsuliyyət deməkdir. Təyinatlar zamanı müvafiq dövlət orqanlarının rəyinin nəzərə alınması zəruridir və perspektivdə xarici təsirlərin, eləcə də radikal dindar kəsimin inanclı insanları yanlış istiqamətə yönəltməsinin qarşısının alınmasına xidmət edəcək”.

“AzPolitika.info”

635x100

Şərhlər

Oxucu. 2022-01-29 10:19:46

Yazmırsan olmur,bizdə təyin etmədən başqa bir seçim var bəyəm.

t.ədalət 2022-01-28 22:31:22

Bizdə mollaları,adətən......... təyin edir.

RAHİM 2022-01-28 17:24:16

NÜFUZLU HACI KİMİ BİR, İKİ ADAM VAR ONLARDAN. BİRİ. DƏ AĞA MÜƏLLİMDİR.

Son yazılar