Menu

Bakı aeroportunda təhlükəli rusiyalı cinayətkar tutuldu

31.10.2014, 13:07
Bakı aeroportunda təhlükəli rusiyalı cinayətkar tutuldu

Bakı Hava Limanında külli miqdarda sintetik narkotiklərin qaçaqmalçılığında təqsirləndirilən Tümen vilayətinin sakini saxlanılıb.

Bu barədə "Report" RF Tümen vilayəti üzrə DİN-in mətbuat xidmətinə istinadən xəbər verir. Qurumdan verilən məlumata görə, beynəlxalq axtarışda olan şəxs Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən tutulub. O, külli miqdarda qadağan olunan maddələrin qaçaqmalçılığında ittiham olunur. Hazırda onun RF ərazisinə ekstradisiyası məsələsinə baxılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol