ABŞ-dan UKRAYNAYA SİLAH DAŞIYAN 45 TƏYYARƏ GƏLDİ! - Hansı silahlar göndərilib?

ABŞ-dan Ukraynaya Amerika istehsalı silahlar daşıyan 45 təyyarə gəlib. Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. 

ABŞ-dan 200 milyon dollar məbləğində əlavə maddi-texniki yardımın tədarükü 45 təyyarə ilə həyata keçirilib”, – nazirlikdən bildirilib. 

Məlumata görə, hərbi yardıma müdafiə vasitələri daxildir: döyüş sursatı, hücum sistemlərinə qarşı silahlar, tank əleyhinə sistemlər və atıcı silahlar.

Ukrayna Müdafiə Nazirliyi, Polşa və Baltikyanı ölkələrin də 2022-ci ildə Ukraynaya maddi-texniki yardım göstərmək barədə qərar qəbul etdiklərini xatırladıb.

635x100

Şərhlər

B.Qarabağlı 2022-01-29 17:16:30

Kreml Sosialist Hərbi Birliyini, bazarını təslim etsə hərbi qısnağı daha az potensialla davam etməkdədir? Siyasət kobud ifadədə-Vəhşi dağ heyvanını düşürüb pendir alar, eləcə tərsinə ən ağıllı insanı qısnayıb dağlara qaldırar? İzləyici Lütfən, özü seçsin.

Usta 2022-01-29 12:27:29

Bax bele.ABS ve Avropa bos hedelerden bele real islere kecseler Rusiya ozunu daha tez yiqisdirar.

Son yazılar