Sevgilsini qızının gözü önündə bıçaqlayan şəxsə hökm oxunub

Bakıda qadını bıçaqlamaqda təqsirləndirilən Səbuhi Məmmədova hökm oxunub və o, 8 il 6 ya müddətinə azadlıqdan məhrum edilib.

“Report”un xəbərinə görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Hökmə əsasən, S.Məmmədov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttiham aktına əsasən, hadisə 2021-ci ilin iyul ayında paytaxt ərazisində qeydə alınıb.

Belə ki, Tərtər rayon sakini, 1987-ci il təvəllüdlü S.Məmmədov tanış olduğu qadın - M.V (Ad, soy adı şərti) ilə əvvəl tanış olub, daha sonra aralarında sevgi münasibətləri yaranıb. Onlar bir neçə dəfə müxtəlif vaxtlarda həm S.Məmmədovun kirayə qaldığı mənzilində, həm də qadının yaşadığı evdə görüşüblər.

Görüşlərin birində M.V ona ailəli olduğunu və həmin vaxt həyat yoldaşının Rusiyaya getdiyini bildirib. Daha sonra S.Məmmədov qadını qısqanmağa başlayıb. M.V-nın telefonuna tanımadığı şəxslərdən gələn zənglərə görə aralarında bir neçə dəfə mübahisə düşüb.

S.Məmmədov M.V-nı qısqandığı üçün 2 dəfə döyüb. Buna görə qadın da onu polisə şikayət edib.

O, 2021-ci il iyulun 17-si saat 23 radələrində qadının işlədiyi “Kainat” şadlıq sarayına gedib. Orada zərərçəkmiş S.Məmmədovla ayrılmaq qərarına gəldiyini deyərək onunla danışmaqdan imtina edib. Buna əsəbləşən S.Məmmədov şadlıq sarayının birinci mərtəbəsində, foyedə qadının 2008-ci il təvəllüdlü qızının gözləri qarşısında üzərində olan bıçaqla M.V-nın bədəninin müxtəlif nahiyələrinə iki dəfə vuraraq xəsarət yetirib.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hadisənin səhəri günü o, polis bölməsinə gedərək törtdiyi cinayəti etiraf edib.

İstintaq dövründə S.Məmmədovun barəsində Cinayət Məclləsinin 126.2.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) və 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, istintaq materialında S.Məmmədovun da evli olduğu qeyd olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar