Menu

"Tata Steel": Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazanıb

29.01.2022, 23:24
"Tata Steel": Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazanıb

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində XII turun görüşünü keçirib.

"Report"un məlumatına görə, rəqib hindistanlı Vidit Santoş Qucrati olub. Qara fiqurlarla oynayan Məmmədyarov 38-ci gedişdə rəqibini məğlub edib.

Bununla da azərbaycanlı qrossmeyster 12 oyundan sonra xalını 7,5-ə çatdırıb və hələlik 2-ci pilləyə yüksəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol