Menu

Türkiyədə 4,7 bal gücündə zəlzələ olub

31.01.2022, 09:25
Türkiyədə 4,7 bal gücündə zəlzələ olub

Türkiyənin Bingöl vilayətinin Yayladərə rayonunda 4,7 bal gücündə zəlzələ olub.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 03:49-da baş verib. Zəlzələnin ocağı yerin 7 km dərinliyində qeydə alınıb.

Zərər çəkmişlər və dağıntılar barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol