Menu

Həbsdə olan keçmiş başçı məhkəmədə özünü təqsirli bilməyib - Yenilənib

31.01.2022, 14:40
Həbsdə olan keçmiş başçı məhkəmədə özünü təqsirli bilməyib - Yenilənib

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkmə iclası keçirilib, o, özünü təqsirli bilməyib.

"Report"un xəbərinə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Daha sonra 22 şahid epizodlar üzrə ifadə veriblər. Onlar məhkəmənin, prokurorun və müdafiəçinin suallarını cavablandırıb.

Məhkəmənin növbəti iclası fevralın 7-nə təyin edilib.

***

Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəməsi Bakıda keçiriləcək.

Bu barədə "Report"a Lənkəran Ağır Cinayətlər Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, cinayət işi üzrə məhkəmə iclası Sabunçu Rayon Məhkəməsinin inzibati binasında davam etdiriləcək.

Prosesə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədov sədrlik edəcək.

Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.

O, 2020-ci il aprelin 30-da Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Xatırladaq ki, M.Quliyev ötən ilin sentyabrında koronavirusa yoluxmuşdu. Bu səbəbdən onun məhkəmə prosesi bir müddət təxirə salınmışdı.

Şərhlər

Eli 2022-01-31 16:10:33

Zldlyyete baxın:Mübariz İbrahimıv kimi qeretli cesur,qehreman Oğul yetiştiren,İkinci Qarabağ müharibesinde yüzlerler esgeri ,zabiti,generalı qehremancasına vuruşan,onlarla Şehir veren Bilesuvara kimler rehberlik edib.Bunları bu vezifeye teqdim edenler göresen vicdan ezabı çekdilermi?Onlarda Vicdan var meger,onların bir Allahı var:PUL.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol