Menu

Gürcüstanda iki Azərbaycan vətəndaşı itkin düşüb

31.01.2022, 12:29
Gürcüstanda iki Azərbaycan vətəndaşı itkin düşüb

Gürcüstanda iki nəfər Azərbaycan vətəndaşı itkin düşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin 2021-ci il üzrə hesabatında bildirilib.

Sənədə əsasən, ötən il Gürcüstanda ümumilikdə 163 nəfər itkin düşüb ki, onların 112-si tapılıb, 51-nin axtarışları isə davam etdirilir.

İtkin düşənlərin 159-u Gürcüstan vətəndaşıdır ki, onların 12-nin meyti tapılıb. Moldovanın itkin düşmüş iki vətəndaşının da meyiti aşkarlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol