Menu

İTKİN DÜŞƏN BAŞ LEYTENANTIN NƏŞİ TAPILDI - Müdafiə Nazirliyindən açıqlama

31.01.2022, 13:31
İTKİN DÜŞƏN BAŞ LEYTENANTIN NƏŞİ TAPILDI - Müdafiə Nazirliyindən açıqlama

Azərbaycan Ordusunun Kəlbəcərdə itkin düşən baş leytenantı Fuad Bağırovun nəşi tapılıb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələrinin şəxsi heyəti və xüsusi texnikanın cəlb olunması, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində itkin düşən baş leytenant Bağırov Fuad Allahverdi oğlunun nəşi yanvarın 31-i saat 12:30 radələrində tapılaraq müvafiq qaydada ərazidən təxliyə edilib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!

Fuad Bağırov

Fuad Bağırov

Şərhlər

JJ 2022-01-31 20:15:53

Allah Rehmet Elesin!

vaqif 2022-01-31 17:06:16

Mən Naxçıvan NK yanında its sədri samiq sadiqovun əlindən bezar olmuşam

t.ədalət 2022-01-31 13:47:18

Fakt göstərir ki,komandanı təcrübəli terrorçulardan seçilən rus işğalçı ordusu ilə yanaşı xidmət etmək bundan sonra da çətin olacaq.Biz Rus ordusunun regiondan çıxarılmasını,əraziyə BMT sülhməramlılarının gəlməsini tələb etməliyik.Gənc zabitin də ölümündə regiondakı rus terrorçu hərbiçilərinin əli var.Necə olur ki,itkin biz düşürük,amma ruslar yox?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol