Menu

“Yas məclislərində qadın mollalar şeir deyib, muğam oxuyurlar” - Deputat

01.02.2022, 14:11
“Yas məclislərində qadın mollalar şeir deyib, muğam oxuyurlar” - Deputat

“Azərbaycanda yas mərasimlərindəki qadın mollaların əksəriyyəti cahil vəziyyətdədir”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında deputat Məlahət İbrahimqızı bildirib.

Deputat deyib ki, dünən o, Mənəvi Dəyərlərin Təbliği Fondunda olarkən Hacı Salman (QMİ sədrinin müavini-red.) da bu məsələyə toxunub: “Həmin qadın mollalar şeirdən, muğamdan mərsiyəyə tutmuş hər şey deyirlər, “Quran”dan, hədisdən isə ağıllı bir söz deməzlər. Hacı Salman dedi ki, buna nə Qafqaz Müsəlmanları İdarəsi, nə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi heç nə edə bilmir, bu məsələ qanunla tənzimlənməlidir. Ona görə də həmkarlarımı bu məsələnin qanunla tənzimlənməsinə dəstək verməyə çağırıram”.

Şərhlər

Camaat 2022-02-03 01:33:57

5-10 yaxın adamlarla dəfn edib,həmin günü bunu qurtarmaq lazımdır.Cay-ehsanları getsinlər evlərində yesinlər.Ay millət Siz nə vaxt ağıla gələcəksiniz ?

Camaat 2022-02-03 01:29:23

Məlahət xanım bu millətin cahilliyidir .Kimdir günahkar ? Hamı bilir.

Türk Turan 2022-02-01 16:48:20

Cahilliyin aradan qaldırılması üçün orta təhsil müəssisələrində və ali təhsil müəssisələrində dini dərslər keçirilməlidir. 2001-ci ildən bəri bu məsələni həll edə bilməyənlərə ciddi şəkildə göstərişlər verilməlidir.

xanım 2022-02-01 15:44:41

Onları məclisə gətirib, 100 manat pul verənlərin ağlı yoxdur. Onsuz da qadın məclislərində ağız deyəni qulaq eşitmir. O qədər hay-küy olur ki, Bu cahillər də fürsətdən istifadə edib varlanırlar. Kimə lazımdır yas mərasimləri?!

Həsən 2022-02-01 14:55:18

Ay debil. Mərsiyə ilə mugamı qarışdırırsan...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol