Menu

“Şuşa Bəyannaməsi strategiyamızı müəyyən edən sənəddir” - Akar

01.02.2022, 19:53
“Şuşa Bəyannaməsi strategiyamızı müəyyən edən sənəddir” - Akar

“Şuşa Bəyannaməsi yolumuzu, strategiyamızı müəyyən edən sənəddir”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla birgə mətbuat konfransında deyib.

“Bu sənəd istiqamətində apardığımız çalışmalar var. Hərbi təhsil, əməkdaşlıq mövzularında çalışmalarımız davam edir. Bu çalışmalarla birlikdə müdafiə sənayesi, Silahlı Qüvvələrimizin təchizatı məsələsində nələr edə biləcəyimizi də qarşılıqlı görüşlərlə müəyyənləşdiririk. Bu mövzularda da əhəmiyyətli addımlar atdıq, atmağa davam edirik”, - türkiyəli nazir vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol