Menu

Bakıda ana və azyaşlı qızı dəm qazından zəhərlənib

01.02.2022, 23:01
Bakıda ana və azyaşlı qızı dəm qazından zəhərlənib

Bakıda bir ailənin 2 üzvü dəm qazından zəhərlənib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Bülbülə qəsəbəsində 1988-ci il təvəllüdlü Aslanova Ramilə Rafiq qızı və onun 5 yaşlı övladı Aslanova Məryəm Ceyhun qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol