Menu

Nazirlik şagirdlərin çubuqla döyülməsini əks etdirən görüntülərə münasibət bildirib

02.02.2022, 12:26
Nazirlik şagirdlərin çubuqla döyülməsini əks etdirən görüntülərə münasibət bildirib

Təhsil Nazirliyi Cəlilabad şəhər Akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbin direktoru Səidə Şükürovanın sinifdə şagirdləri çubuqla döyməsini əks etdirən görüntülərə münasibət bildirib.

Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, görüntülər köhnədir:

"Video Cəlilabad rayon Akademik Zərifə Əliyeva adına liseydə 4 il əvvəl - 2018-ci ildə lentə alınıb. Həmin ildə isə Səidə Şükürova müəllim kimi fəaliyyət göstərirdi", - qurumdan qeyd olunub.

Şərhlər

Tahir 2022-02-02 13:57:27

Paradoks: -deməli müəllim olanda çubuqla uşaqları döyüb, döyüb, döyüb və nəticədə direktor olub, eləmi...Özüdə Akademik Zərifə Əliyevanın adını daşıyan liseydə... Və bundan belə müəllimlər məktəb direktoru olmaq üçün uşaqları şallaq, qırmancla döymələri dəbə düşər və heç kim də onlara qaşın üstə gözün var deyə bilməz..prezident var axı..Bədbəxt millətin kor təhsili, yazıq övladları...

RAHİM 2022-02-02 12:46:44

ELƏDİRSƏ BƏS ONDA BU MÜƏLLİMƏ HANSI ƏSASLARLA YÜKSƏK VƏZİFƏYƏ TƏYİN EDİLİB?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol