Azərbaycanda şirkətlərin vəzifəli şəxslərinə cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, qurumun Cinayət təqibindən kənar icraatlar idarəsi və bu sahə üzrə aidiyyəti rayon prokurorlarının köməkçiləri tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə Balakən və Qəbələ rayonlarının ərazilərində yerləşən qum-çınqıl yataqlarında yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması ilə qanunsuz hasilatın aparılması barədə məlumatlar yoxlanılıb.
Mütəxəssislərin iştirakı və xüsusi texniki vasitələrin köməyi ilə ərazilərə baxış keçirilib, ölçülər götürülüb, hesablamalar aparılıb, müvafiq dövlət qurumlarının reyestrlərində olan məlumatlar təhlil edilib, aidiyyəti şəxslərin izahatları alınıb və müvafiq dövlət qurumlarına verilən sorğulara cavablar toplanılıb.
Müəyyən edilib ki, “Balakən Kərpic İstehsalı Müəssisəsi” MMC və “Redstone” MMC-nin vəzifəli şəxsləri 1 milyon 137 min manat, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Əsgər Əsgərov tərəfindən Balakən rayonu ərazisində 774 min manat, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Nizami Abdullayev tərəfindən isə Qəbələ rayonu ərazisində 71 min manat dəyərində qanunsuz qum-çınqıl hasilatı aparılıb.
Qeyd olunan faktlar üzrə Cinayət Məcəlləsinin 188.1 (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 3 cinayət işi başlanılaraq istintaq olunması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

Şərhlər
Əsgər Əsgərov kimdi bunlarin arxasinda Nəsib durub
Necə ildi vergi vermədən Balakəndə Məhəməliyev gardaşlari əkin sahələrini məhf edilər
Təbii sərvətlər Nazirliyi niyə çayların yataqlarının tmizlənməsi,sel sularının münbit torpaqları korlamasınn qarşısınn alınması üçün heç bir fəaliyyət göstərmir.Bu ciddi məsələ niyə unudulub?Əslində bu adamlar az da olsa çay yataqlarlnl tımizləyirdilər.Bu işi qanuniləşdirmək və sürətləndirmək əvəzinə cinayət işi açmaq kimə gərək olub?
Deputat Nəsib Məhəməliyevin kərpic zavodudu,Balakən dtx nin rəisi ilə və prokurornan Nəsibin gardaşi Yusif yaxin dostular məsələni Nəsibin bagliyacaglar.