Menu

Keçmiş polis əməkdaşı dəm qazından zəhərlənərək ölüb

03.02.2022, 11:07
Keçmiş polis əməkdaşı dəm qazından zəhərlənərək ölüb

Qax şəhər sakini dəm qazından boğularaq ölüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhər ərazisində yaşayış evlərindən birində baş verib.

Belə ki, şəhər sakini 1955-ci il təvəllüdlü Fəxrəddin Qulu oğlu Məmmədov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb. Onun meyiti vanna otağında həyat yoldaşı tərəfindən aşkarlanıb.

Qeyd edək ki, 67 yaşlı Fəxrəddin Məmmədov təqaüddə olan polis mayorudur. O, uzun illər Qax Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində çalışıb.

Şərhlər

t.ədalət 2022-02-03 13:11:13

Təmizlənməmiş qaz öldürə-öldürə gedir....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol