Menu

"Ötən il xaricdə döyüşmüş 6 terrorçu sərhəddə saxlanılıb" - DSX

03.02.2022, 14:25
"Ötən il xaricdə döyüşmüş 6 terrorçu sərhəddə saxlanılıb" - DSX

Ötən il terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 6 nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Qeyd olunub ki, bu qəbildən olan daha 11 nəfər müəyyən edilmiş, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15, qaçaqmal­çılıqla məşğul olan 5 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

Həmçinin 71 nəfər sərhəd, 41 nəfər rejim pozucusu, 11 nəfər qeyri-leqal miqrant saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol