Menu

“Qarabağla bağlı filmlərin ssenariləri nəzərdən keçirilir” - Nazir

03.02.2022, 15:28
“Qarabağla bağlı filmlərin ssenariləri nəzərdən keçirilir” - Nazir

“Qarabağla bağlı filmlərin çəkilməsi əsas prioritetdir, hazırda çəkiləcək filmlərin ssenariləri nəzərdən keçirilir”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

“Biz çox filmlər çəkmək istərdik, lakin əlimizdə olan resurslarla Qarabağ haqqında filmlər çəkəcəyik. Bu il ərzində belə filmlərin çəkilərək ictimaiyyətə təqdim olunması nəzərdə tutulur”, - nazir vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol