Menu

FİFA Krıma görə üzr istədi

31.10.2014, 16:08
FİFA Krıma görə üzr istədi

Beynəlxalq Futbol Federasiyaları Birliyi (FİFA) yol verilən yanlışlığa görə üzr istəyib.

ANS PRESS-in məlumatına görə, Rusiyada keçiriləcək 2018-ci il futbol üzrə dünya çempionatının təqdimat filmində Krımı Rusiya xəritəsində göstərən görüntü əks edilib.

FIFA-dan bildirilib ki, 2018-ci il futbol üzrə dünya çempionatının loqo təqdimatı üçün təşkilat komitəsi yerli reklam agentliyini vəzifələndirib:

"Yerli reklam agentliyi tərəfindən istifadə olunan Rusiya xəritəsi diqqətimizdən qaçıb. Filmdəki həmin hissə videodan çıxarılıb", - deyə FİFA-nın məlumatında bildirilib.

Qeyd edək ki, Krımdakı mövcud vəziyyət futbolla bağlı bir sıra problemlərin yaranmasına gətirib çıxarır. Belə ki, UEFA avqust ayında verdiyi qərara əsasən, Rusiya liqasına daxil olan 3 Krım komandasının matçlarını tanımayacağını bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol