Menu

Ermənistan müxalifəti prezident seçkisi ilə bağlı qərarını açıqladı

04.02.2022, 14:49
Ermənistan müxalifəti prezident seçkisi ilə bağlı qərarını açıqladı

Ermənistan parlamentindəki müxalif “Hayastan” və “Şərəfim var” blokları prezident seçkisində iştirak etməyəcəklər.

“AzPolitika.info” xəbər verir ki, bununla bağlı sözügedən siyasi qüvvələrin yayımladığı bəyanat erməni mətbuatında dərc edilib.

Bəyanatda bildirilir ki, müxalif siyasi partiyalar parlamentdə mart ayında keçirilməli olan prezident seçkisində iştirak etməmək qərarına gəlib. Bu bloklar nə prezidentliyə namizəd irəli sürəcəklər, nə də səsvermədə iştirak edəcəklər. Bu qərar onunla izah edilir ki, hakim partiya prezident postuna neytral şəxsi yox, özünə yaxın namizədi irəli sürüb. Və hakim partiyanın parlamentdəki səs çoxluğu Nikol Paşinyana istədiyi namizədi seçdirmək imkanı verir. Bu səbəbdən müxalifətin bu prosesdə iştirakı mənasını itirib.

Xatırladaq ki, Ermənistan Prezidenti Armen Sarkisyan yanvarın 23-də vəzifəsindən istefa verib. Bu səbəbdən parlament yeni prezident seçməlidir. Hakim partiya bu vəzifəyə Yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryanın namizədliyini irəli sürüb.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol