Menu

İsa Qəmbərin sədrlik etdiyi təşkilat nə işlə məşğul olur?

31.10.2014, 16:35
İsa Qəmbərin sədrlik etdiyi təşkilat nə işlə məşğul olur?

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin sədrlik etdiyi Milli Strateji Düşüncə Mərkəzində təmsil olunan Xalq Partiyasının sədri Pənah Hüseyn “Media forum” saytına açıqlama verib.

O deyib ki, Milli Strateji Düşüncə Mərkəzi hələlik bir qrup siyasətçinin, ekspertin, alimin təşəbbüsüdür: “Hələ ki, bu təşkilatın hüquqi statusu yoxdur, qeyri-formal qurum kimi fəaliyyət göstərir, amma gələcəkdə nə olacağını deyə bilmərəm. Qərargah kimi Müsavat Partiyasının otaqlarının birini seçmişik, daha doğrusu, orada toplanırıq. Bu, beyin mərkəzi tipli qurumdur. İdarəetmə strukturunun olması hələ nəzərdə tutulmur.

Təşkilatın yaxın hədəflərinə dair əsasnamə layihəsi, protokol tipli sənəd qəbul olunub. Hansı istiqamətlərin mövcud olduğu sənəddə əks olunub. Təsis protokoluna görə, Milli Strateji Düşüncə Mərkəzinin məqsədi Azərbaycan cəmiyyətinin və dövlətinin mövcudluq və inkişaf strategiyası, demokratikləşmə və çağdaş siyasi mədəniyyətin formalaşması prosesləri sahəsində nəzəri və praktik tədqiqatlar aparmaq, layihələr, proqramlar, konsepsiyalar, doktrinalar, analitik materiallar hazırlamaq və ictimai müzakirələrə çıxarmaq, dövlətə və ictimaiyyətə təqdim etməkdir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol