Menu

NAZİR GENERALI VƏZİFƏSİNDƏN AZAD ETDİ - Yerinə polkovnik təyin olundu + FOTO

05.02.2022, 18:06
NAZİR GENERALI VƏZİFƏSİNDƏN AZAD ETDİ - Yerinə polkovnik təyin olundu + FOTO

Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov təqaüdə göndərilib. APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, M. Seyidov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı APA-ya təsdiqləyiblər.

Qeyd edək ki, M. Seyidov uzun müddət Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi və Bakı şəhər Baş Polis İdarəsinin rəisi olub. 2020-ci ildə Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin edilib.

***

Nəqliyyatda Baş Polis İdarəsinə rəis əvəzi təyin edilib.

APA-nın məlumatına görə, bundan sonra polis polkovniki Nəriman İmanov idarənin rəis vəzifəsini icra edəcək.

Qeyd edək ki, Nəqliyyatda Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Şərhlər

Nadir 2022-02-06 02:05:08

R.Zeynovu bir defe gonderdiler televizordada cixdi lakin emri legv etdiler. R.Zeynovun ve etrafinin kisesi yarimciq qalib ona gore gondermirler.

Veteran 2022-02-06 00:37:15

Bu Seyidov cox sui istifadə hallarına yol verib.Yəqin cəzasını alacaq.

vuqar 2022-02-05 21:47:39

RAMIZ ZEYNALOVUN TEQAUD VAXTI 6 IL BUNDAN QABAQ CATIB. O NIYE TEQAUDE GONDERILMIR

t.ədalət 2022-02-05 17:32:08

Mirqafar Seyidov vəzifəsindən sonra yaddaşlarda zalım,vətəndaşlara qeyri-milli yanaşma və bir sıra xoşagəlməz xasiyyətləri ilə qalacaq.Hər şeyin bir sonu var.Ən pis son isə insanlarla zalımcasına davranışdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol