Tarixi terror cinayətlərilə zəngin olan qatı millətçi, terrorçu “daşnaksütyun” partiyası bu gün yaranmasının 131 illiyini qeyd edir.
“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, İrəvanda bununla bağlı keçirilən tədbirdə partiyanın rəhbərliyi ilə yanaşı, onun “Hayastan” blokundakı tərəfdaşı Robert Koçaryan, eləcə də Serj Sarqsyan və digər müxalif təşkilatların rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən “daşnaksütyun”un rəhbərlərindən biri, eyni zamanda da Ermənistan parlamentinin vitse-spikeri olan İşxan Saqatelyan Türkiyə və Azərbaycana qarşı ittihamlar, hətta hədəyanlar səsləndirib.

Türklərə qarşı nifrətini qətiyyən gizlətməyən “siyasətçi” Ermənistanın indiki rəhbərliyinin Türkiyə ilə barış, münasibətləri normallaşdırmaq niyyətinə qarşı mübarizə aparacaqlarını deyib: “Ermənistanın türkləşdirilməsinə gətirən erməni-türk barışı prosesini dayandırmaq lazımdır. Bu, bizim mübarizəmizin əsas istiqamətlərindən biri olacaq. Yatağanı(Türk qılıncı-red.) “Bayraktar”la əvəzləyən türk İrəvanın mərkəzində əylənə bilməz. Biz buna imkan verməyəcəyik...”
44 günlük müharibədəki acı məğlubiyyətdən və imzalanan kapitulyasiyadan danışan Saqatelyan bu sənədin dəyişdirilməli olduğunu və bunun üçün tarixi şərait yaradılmasının vacibliyini qeyd edərək, Paşinyan hakimiyyətini təslimçilikdə ittiham edib.
Ümumilikdə isə sözügedən tədbirdən də göründüyü kimi, erməni millətçiləri tarixlərinin ən rəzil və miskin dövrünü yaşayırlar. 44 günlük müharibə zamanı girməyə deşik axtaran bu tör-töküntülər Ermənistandakı hakimiyyətin zəifliyindən istifadə edərək, baş qaldırmağa çalışır, Paşinyan hökumətinə Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq məsələsində təzyiqlər edir.
Qeyd edək ki, münasibətlərin normallaşdırılması prosesi çərçivəsində Nikol Paşinyanın mart ayında Türkiyənin Antalya şəhərinə səfər edərək, orada keçiriləcək diplomatik forumda iştirak edəcəyi gözlənilirdi. Hətta bu barədə Türkiyənin Vitse-prezidenti Fuat Oktay da açıqlama vermişdi.
Lakin ötən gün Ermənistan XİN bu barədə məlumatları təkzib edərək, belə bir səfərin müzakirə olunmadığını bildirib. Bir çox şərhçilər bunu Paşinyanın müxalif və millətçi kəsim qarşısında geri çəkilməsi, ehtiyatlanması kimi dəyərləndirib.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
ermənilərin baş akademiki anbarçumuyan hələ 10-15 il bundan əvvəl bəyan etmişdiki Türkiyə və Azərbaycanla əlaqələr yaxşılaşsa erməni qızları ancaq TÜRK doğacaqlar --amandı qoymayın--özlərinə yaxşı bələddirlər--nə edək
Bunların hələ də ağılları başlarına gəlməyib.HÜRƏ-HÜRƏ gəbərəcəksiniz ay bədbəxtlər.