Menu

Ermənilərin açdığı atəş nəticəsində Tərtərdə mülki tikiliyə güllə dəyib

06.02.2022, 11:51
Ermənilərin açdığı atəş nəticəsində Tərtərdə mülki tikiliyə güllə dəyib

Ermənilərin açdığı atəş nəticəsində Tərtərdə yaşayış məntəqəsi ərazisindəki mülki tikiliyə güllə dəyib.

Bu barədə Müdafiə Nazirliyi xəbər verir.

Bildirilir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri fevralın 6-ı saat 00:23-dən 02:12-dək heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb.

Hadisə nəticəsində mülki əhali və bölmələrimizin şəxsi heyəti arasında xəsarət alan yoxdur.

Şərhlər

RAHİM 2022-02-06 17:58:52

Görəsən belə hallar NƏ. VAXTA qədər davam edəcək? Rusların erməniməramlı hərbi hissələrinə niyə tutarlı cavab verilməyir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol