Menu

KXDR nüvə silahı işlərini kriptovalyuta oğurluğundan maliyyələşdirir – KİV

07.02.2022, 00:13
KXDR nüvə silahı işlərini kriptovalyuta oğurluğundan maliyyələşdirir – KİV

Şimali Koreya ötən il nüvə silahı və ballistik raketlər proqramının inkişafını davam etdirib. Kriptovalyuta birjalarına kiberhücumlar da Pxenyan üçün əhəmiyyətli gəlir mənbəyi olub. “Röyter” agentliyinin məlumatına görə, bu, BMT-nin konfidensial hesabatında açıqlanıb.

Sanksiyaların işləməsi üzrə müstəqil müşahidəçilərin hazırladığı hesabat fevralın 4-də BMT Təhlükəsizlik Şurasının komitəsinə təqdim olunub.

“Baxmayaraq ki, nüvə sınaqları və ya qitələrarası ballistik raketlərin atışı barədə xəbərlər daxil olmayıb, KXDR nüvə potensialını inkişaf etdirməkdə davam edib” - eksertlər qeyd ediblər.

Hesabata görə, ölkə həm də nüvə və ballistik raketlər infrastrukturunun inkişafını davam etdirib.Eksertlər həm də qeyd edilər ki, Pxenyan raket sınaqlarını hiss olunucaq dərəcədə sürətləndirib.

O da qeyd olunur ki, 2020-ci ildən 2021-ci ilin ortalarına qədər kiberhücumların nəticəsində KXDR tərəfindən 50 milyon dollardan artıq vəsait üç kriptovalyuta birjasından (Şimali Amerika, Avropa və Asiya) oğurlanıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol