Menu

Cavanşir Feyziyevin Mətbuat Şurasının İdarə Heyətindən çıxarılması müzakirə olunub

07.02.2022, 10:17
Cavanşir Feyziyevin Mətbuat Şurasının İdarə Heyətindən çıxarılması müzakirə olunub

Cavanşir Feyziyevin Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefası məsələsi müzakirə olunub.

"Report" xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Onun sözlərinə görə, bu gün səhər Cavanşir Feyziyevlə əlaqə saxlayıb: "Baş verənlər və onun Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefası məsələsini müzakirə etdik. Hazırda Cavanşir müəllim ölkədə yoxdur. Bir neçə günə gələcək. Onun özünün də iştirakı ilə İdarə Heyətinin iclasında məsələni bir daha müzakirə edəcəyik".

"Koronavirusa yoluxduğum üçün bir neçə gündür ki, işə çıxmıram. Belə bir durumda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərindən birinin İdarə Heyətinin iki üzvünə və digər həmkarlarımıza qarşı səsləndirdiyi fikirlər məni üzdü. Xeyli təəssüfləndim. İstənilən vəziyyətdən, emosional durumdan asılı olmayaraq, jurnalistlərə qarşı həssas davranmaq vacibdir. Nəzərə alaq ki, hazırkı xoşagəlməz situasiyaya səbəb olmuş mövzunun özü də kifayət qədər həssas idi. Belə olan halda yalnız soyuq həqiqətlər açıqlanmalıydı, əlavə ritorikaya ehtiyac yox idi", - deyə Ə.Amaşov əlavə edib.

Şərhlər

Gavad 2022-02-07 12:39:20

Bu şura kimə və nəyə gərəkdir? mətbuat var? Qəzetlər yox,olanı da ortada yox, qəzet alan oxuyan yox,!.radio-televiziya da o gündə Belə halda bu şura nəyə xidmət edir?Bununla maraqlanan varmı? o da yox! Sadəcə büdcə yeyilir..Bəs hökumət buna necə baxır?Görün mətuat nə haıdadır ki. Feyziyevi də oraya soxublar. Dəhşətli bir hal!i

Cəlal 2022-02-07 12:20:42

bunun baxışlarından fırıldaq olduğu bəlliir.Bəs hakimiyyət bunu hiss etmir?....

t.ədalət 2022-02-07 12:15:50

Cavanşir hara,Mətbuat Şurası hara?Elə bil çobana cərrah vəzifəsi vermişdilər.Ancaq,C.Feyziyev nə rus casusu,nə də erməni ilə bulaşıqqanlı deyil....

RAHİM 2022-02-07 11:17:35

NƏ ÜÇÜN HƏR KƏSƏ MÜƏLLİM DEYƏ MÜRACİƏT EDİLİR? BİZ MÜƏLLİMLƏRIN ADINI. HƏR KƏSƏ VERMƏJLƏ ÖZ SƏVİYYƏSİZLİYİNİZİ GÖSTƏRİRSİNİZ ?

RAHİM 2022-02-07 11:01:15

Jurnalist təhsili olmayan feyziyev hansı əsaslarla bu quruma seçilib?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol