Menu

Biləsuvarda Mübariz İbrahimovun doğum günü qeyd olunub - FOTOLAR

07.02.2022, 16:07
Biləsuvarda Mübariz İbrahimovun doğum günü qeyd olunub - FOTOLAR

Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü qeyd olunur. "Report"un Muğan bürosunun məlumatına görə, qəhrəmanın ata ocağında, Əliabad kəndində yerləşən ev muzeyi ziyarət edilir.

Ziyarətdə rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak edirlər.

Milli Qəhrəmanın ev muzeyi ziyarət edilir, ailəsi ilə görüş keçirilir.

Qeyd edək ki, Milli Qəhrəmanın doğum günü ilə bağlı silsilə tədbirlər rayonun bir sıra müəssisələrində və digər idarələrdə də keçirilir.

Bizim Twitter səhifəmizə abunə olu

Şərhlər

əlil 2022-02-07 18:24:26

Allah rəhmət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol