Menu

Avropa İttifaqı və ABŞ qaz sahəsində əməkdaşlığa dair bəyanat hazırlayır

08.02.2022, 09:45
Avropa İttifaqı və ABŞ qaz sahəsində əməkdaşlığa dair bəyanat hazırlayır

ABŞ və Avropa İttifaqı Avropaya mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünü təmin etmək üçün əməkdaşlıq barədə bəyanatla çıxış etməyi planlaşdırır.

“Report”un məlumatına görə, bu barədə bəyanat layihəsinə istinadən “Reuters” xəbər verib.

Qeyd olunub ki, tərəflər qısa müddətdə boru kəmərində qazın kəsilməsi halında qlobal LNG bazarlarının əlavə və şaxələndirilmiş tədarüklər təmin edə bilməsini təmin etmək üçün birgə işləməyə sadiqdir.

Nəşr qeyd edib ki, bəyanat dərc olunmazdan əvvəl bəzi dəyişikliklərə məruz qala bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol