Menu

“İrana müharibə dövründəki mövqeyinə görə minnətdarıq ” - Erməni katolikosu İrandan çox razıdır

09.02.2022, 12:14
“İrana müharibə dövründəki mövqeyinə görə minnətdarıq ” - Erməni katolikosu İrandan çox razıdır

“İranın 44 günlük müharibə dövründəki prinsipial mövqeyini və sülh yaradılmasıyla bağlı səylərini yüksək qiymətləndiririk”. 

“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, bunu bütün ermənilərin katolikosu 2-ci Qaregin İranla Ermənistan arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunan konfransa ünvanladığı müraciətdə bildirib. 

Katolikos öz müraciətində İranla “mehriban qonşuluq”dan bəhs edib və bunun “sivilizasiya və dinlərarası münasibətlər” sarıdan nümunəvi xarakter daşıdığını qeyd edib. Qaregin xüsusilə də İranın “erməni mədəniyyət abidələrinə” xüsusi diqqət yetirdiyini önə çəkərək, buna görə rəsmi Tehrana minnətdarlığını çatdırıb. 

Göründüyü kimi, təkcə Ermənistan hökuməti və siyasi elitası deyil, erməni katolikosu da 44 günlük müharibə və ondan sonrakı dövrdəki “xidmətlərinə” görə qonşu müsəlman ölkəsinə sonsuz dərəcədə minnətdardır…

C.Məmmədov 

“AzPolitika.info”

Şərhlər

Veteran 2022-02-10 01:19:51

Bunlar ana bir dədə ayrı bicdirlər.Amma bir-birlərinə çox oxşayırlar.

Ramil 2022-02-09 18:08:05

Allahshukur De minnetdardi

Türk Turan 2022-02-09 14:32:54

Dini dar olan "dindar" iran mollalarının özfəaliyyəti təbii ki, bununla məhdudlaşmır. Xarici siyasətdə də əllərindən gəldiyi qədər Türk millətinə qənim kəsilirlər. Sonunuza az qalıb....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol