Menu

Ukrayna ABŞ-dan növbəti partiya döyüş sursatı alıb

10.02.2022, 00:58
Ukrayna ABŞ-dan növbəti partiya döyüş sursatı alıb

ABŞ-dan Ukraynaya növbəti partiya döyüş sursatı çatdırılıb. APA-nın xəbərinə görə, bu barədə Ukraynanın müdafiə naziri Aleksandr Reznikov məlumat verib.

Bu gün Borispol aeroportunda açıq qapı günüdür. 9-cu quşun ardınca ABŞ-dan 10-cu quş da uçub gəldi. Ukrayna silahlı qüvvələrinə daha 80 ton sursat gətirildi deyə nazir Tvitterdə yazıb.

Qeyd edək ki, bu il ABŞ Ukraynaya 650 ton silah verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol