Böyük Britaniya xarici işlər naziri Liz Trass Ruaiyalı həmkarı Sergey Lavrov görüşlə bağlı bəyanat verib.
“Report” xəbər verir ki, o, bu barədə tviter hesabında yazıb:
“Lavrova Rusiyanın öz qüvvələrini dərhal geri çəkməli və Ukraynanın ərazi bütövlüyünə hörmət etməli olduğunu demək üçün Moskvaya gəlmişəm. Ona çatdaracam ki, əks halda ağır nəticələrlə üzləşəcəklər. Hansısa müdaxilə böyük səhv olardı. Diplomatiya həll üçün ən yaxşı yoldur. Rusiya bu yolla getməlidir”, – paylaşımda bildirilib.
Qeyd edək ki, nazirlər arasında görüş bu gün keçiriləcək.


Şərhlər
Putinin Generalları onu bağışlamayacaq əgər ordunu geri çəksə , çox qəribədir ki , Rusiya ictimaiyyətini işğalçılıq missiyasını bərpa etmək üçün gecə gündüz Rusiya telekanalları zərərli təbliğat aparır ...Odur ki , hansısa Ledi deyrn kimi Ordu dala çəkilməyəcek ..Putin ya öz hikkesinin qurbanı olacaq ya da öz dediyini yeridecek , NATO nu təhdid altında saxlayacaq..