Menu

DİN Bakıda itkin düşmüş gəncin döyülmüş vəziyyətdə tapılmasına münasibət bildirib

10.02.2022, 15:09
DİN Bakıda itkin düşmüş gəncin döyülmüş vəziyyətdə tapılmasına münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) Bakıda itkin düşmüş 16 yaşlı gəncin döyülmüş vəziyyətdə tapılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, fakt nəzarətə götürülüb.

"Hadisədən məlumatlıyıq. Hazırda araşdırmalar davam etdirilir. 2006-cı il təvəllüdlü şəxsin kimin tərəfindən döyülüb-xəsarət yetirilməsi araşdırmaların gedişində məlum olacaqdır", - məlumatda qeyd edilib.

Qeyd edək ki, mətbuatda 16 yaşlı gəncin itkin düşdüyü, daha sonra döyülmüş vəziyyətdə tapılması ilə bağlı məlumatlar yayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol