Menu

ABŞ Ukraynaya daha 130 tonluq hərbi yardım göndərib

11.02.2022, 11:12
ABŞ Ukraynaya daha 130 tonluq hərbi yardım göndərib

ABŞ-dan Ukraynaya hərbi yardımın növbəti partiyası göndərilib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Aleksey Reznikov feysbukda yazıb.

Onun sözlərinə görə, budəfəki hərbi yardımın çəkisi 130 tondur: “Daha 2 hərbi təyyarə Kiyevə çatıb. Bu, ABŞ-ın 15-ci hərbi yardımıdır. Hərbi yardımların ümumi çəkisi 1200 tondan çoxdur”.

Eyni zamanda, hərbi yardımın gələcəkdə də davam etdiriləcəyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl sonuncu hərbi yardım fevralın 9-da göndərilmişdi. Rəsmi Vaşinqton Rusiyanın Ukraynaya mümkün hücumu ilə əlaqədər Kiyevə dəstək göstərəcəyinə razılıq verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol