Menu

MÖVQELƏRİMİZ YENİDƏN ATƏŞƏ TUTULUB - Müdafiə Nazirliyindən açıqlama

11.02.2022, 11:55
MÖVQELƏRİMİZ YENİDƏN ATƏŞƏ TUTULUB - Müdafiə Nazirliyindən açıqlama

Fevralın 11-i saat 08:50-dən 09:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - məlumatda qeyd edilib.

Şərhlər

Tahir 2022-02-11 15:22:19

Atəşkəsi pozan"sülhməramlı"lardı.

Vətəndaş 2022-02-11 12:46:31

Bəs atəşkəs,Bəs Rusiya sülhməramlı ordusu? Anlaşılan deyil.Niyə Bizim rədmi dairələr fəaliyyətsizlik göstərir.Bunun adı nədir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol