Menu

Kremldən Putinlə Makronun uzun masa arxasında söhbətləşməsinə yeni izah

11.02.2022, 14:20
Kremldən Putinlə Makronun uzun masa arxasında söhbətləşməsinə yeni izah

“Rusiya Prezidenti Vladimir Putin bəzi hallarda qonaqları ilə əllə görüşür, bəzi hallarda isə məsafə saxlayır və təxminən 6 metrlik masa arxasında müzakirələr keçirir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, Putinin Fransanın dövlət başçısı Emmanuel Makronla uzun masa arxasında danışması siyasiləşməməlidir: “Bu, pandemiya qaydalarına əməl etməklə bağlıdır. Bəzi liderlər testlərinin nəticələrindən xəbərimizin olmasını istəmirlər. Biz bunu anlayışla qarşılayırıq. Lakin bu zaman əlavə tədbirlərə, o cümlədən uzun masalara ehtiyac olur. Əsas məsələ budur ki, heç nə danışıqlara mane olmadı”.

Qeyd edək ki, E.Makron fevralın 7-də Rusiyaya səfər etmişdi. Liderlərin uzun masa arxasında söhbətləşməsi ciddi müzakirələrə səbəb olmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol