Menu

Mehdiyev institut direktorlarını rüşvətlə təyin edir? - Professordan ilginc iddia

11.02.2022, 18:54
Mehdiyev institut direktorlarını rüşvətlə təyin edir? -  Professordan ilginc iddia

Tarix elmləri doktoru, professor, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri Nəcəf Müseyibli akademik Ramiz Mehdiyevin adından yayılan bəyanata cavab verib.

“AzPolitika.info” xəbər verir ki, professorun “Yeni Musavat”da dərc olunan yazısında maraqlı bir məqam var. N.Müseyibli yazısında Ramiz Mehdiyevi açıq şəkildə ondan rüşvət istəməkdə günahlandırıb: “Ümumiyyətlə, R.Mehdiyevin böhtanla dolu bəyanatını geniş şərh etmək fikrim yoxdur. Amma ona bildirmək istəyirəm ki, məni baş direktor təyin etmək məqsədi ilə məndən rüşvət almaq üçün üstümə göndərdiyi adamın adını hələlik çəkmirəm. Sadəcə başqalarının da onun ucbatından ziyan çəkməsini istəmirəm...”

Belə görünür ki, N.Müseyiblinin iddiasına görə, R.Mehdiyev onun çalışdığı instituta direktor seçilməsi üçün rüşvət tələb edib və bu ismarıcını adı çəkilməyən şəxs tərəfindən ona göndərib. Ancaq belə başa düşülür ki, Müseyibli Mehdiyevin emissarının təklifini qəbul etməyib...

Xatırladaq ki, AMEA-nın institutlarına direktorluğa namizədlər həmin institutun elmi şurasında müsabiqə yolu ilə gizli səsvermə nəticəsində irəli sürülür. Sonra səsvermənin nəticələri elmi bölməyə daxil olur. Bölməyə təqdim olunan sənədlərin baxılması üçün texniki ekspertiza komissiyası yaradılır. Burada gizli səsvermə yolu ilə 5 il müddətinə seçilən namizədlər AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq olunur.

N.Müseyiblinin dediklərindən belə çıxır ki, R.Mehdiyev AMEA-nın başına keçəndən sonra da seçki saxtalaşdırmaq adətindən əl çəkməyib və rüşvət müqabilində institut direktoru seçkisinə müdaxilə edib.

C.Məmmədov

“AzPolitika.info” 

Şərhlər

Isabala 2022-02-11 22:53:48

Heç kimə sirrr deyil ki Ramiz Hüquq və Insan Haqları Institutunun direktorunu da ciddi nöqsanlarına görə çıxartmışdı. Sonradan ... müqabiində baş direktor təyin etdi. Nəcəf müəllim düz deyir.

Səma 2022-02-11 20:39:28

Qan irin olsun əzizlərinin burnundan tökülsün o haram pullar, şəhidlərin, qazilərin, itkin düşənlərin, yurdsuz yuvasız çöllərdə ölüb qurda quşa yem olanların ahı, qanı tutsun Qalina və onun mənfur qohumlarını yemləyən, dəsdək duran düşmanlara..Dünyaya insan kimi gəlməyinə peşiman olsun sülaləsini!!!

Cabbar 2022-02-11 20:22:29

Rüşvəti özünə peşə edəç adam bu peşədən əl çəkər?O nə qədər deputat.nazir,icra başçıları və sairələri millətin boğazına rüşvətlə keçirməyib? Adətkarda adamdır..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol