Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC 2020-ci ili 7,747 milyon manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2019-cu ildən 2,721 milyon manat xalis mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, bununla da, şirkətin yığılmış zərəri 54,6% artaraq 21,935 milyon manata çatıb.
2020-ci ildə “Azərpoçt”un poçt xidmətlərindən gəlirləri 18,344 milyon manat (2019-cu illə müqayisədə 15,8% çox), maliyyə xidmətlərindən gəlirləri 13,915 milyon manat (0,2% az), digər xidmətlərdən gəlirləri 8,888 milyon manat (5,9% az), əməliyyat xərcləri 25,68 milyon manat (20,6% çox), ümumi və inzibati xərcləri 19,122 milyon manat (15,8% çox), köhnələmə və amortizasiya xərcləri 5,835 milyon manat (13,8% az), digər əməliyyat gəlirləri 1,628 milyon manat (46,3% az), maliyyə xərcləri 56 min manat (8% az), maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərinin geri qaytarılmasından gəlirlər 4 min manat (1 il bundan əvvəl zərər olub), xarici valyutadan gəlirləri 17 min manat (1 il bundan əvvəl zərər olub), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 149 min manat (1 il bundan əvvəl vergi ödəyib) təşkil edib.
2021-ci il yanvarın 1-nə “Azərpoçt”un aktivləri 155,321 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 16,7% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 18,3% azalaraq 103,855 milyon manata, balans kapitalı isə 13,1% azalaraq 51,466 milyon manata düşüb.
Xatırladaq ki, "Azərpoçt" kommersiya qurumu kimi 2009-cu ildə eyni adlı dövlət müəssisəsinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 73,345 milyon manatdır. Şirkət ölkənin milli poçt operatorudur.


Şərhlər
Allah komek olsun postalyonlarimiza. Ayina 250 manat alanlari var. Rehberlik de biri gelir biri gedir arada yalanci vedler "yaxsi olacaq". Insanlar qocalir yaxsi olan shey de gelib cixmir. Dovletin de burda gunahi coxdur.
Isi Mustafaev le bagli yeyinti senedlerini tegdim ede bilerem size arasdirma megsedi ucun
Azerpoctun Kadrlar shobesinde veziyet acinacaglidi. Yalniz qohumluqnan ve ya pulnan ishe duzeldirler. Xahish edirem bu barede arashdirma aparasiniz mende kifayet geder subut var.
Admin: Sayta zəng edin əlinizdəki faktları bildirin.
Idare heyetinin muavini Nazim Suleymanovun da bu ishlerde eli var.
Isi mustafaev gelib kecen IL Azerposta . ....banklar arasinda araduzeldib pul gazanan kimi taninir. 2013-cu ilde Beynelxalq bankdan Nikoil banka dollar satish sxemini qurmushdu. Subutu da senedler var. Heftesine negd olaraq 20 min manat qazanirdi. Indi de gelib Azerpostu dagitmaga
Azerpostda xezinedarliqda valyuta kurslarinda bezi maxinasiyalar bash vermisdi. Lakin Emin Efendiyevin tapsirigi ve imzasi ile bunlar bash verib ve posht zerere gedib.
Bu Azerpoctu bugune Emin Efendiyev evvelki bashdirektor qoyub. Men islemisem Azerpostda onun vaxtinda da indi de. Elimde senedler de var nazirlik de tesdiqleyib Azerpoct Kindlerde post sobeleri tikib 100 min manata baxsan shobe toleye oxsayir hech 10 min manat xerclemeyibler. Evvelki nazirle razilasdirilib Raminle