Menu

Türkiyədə zəlzələ baş verib

11.02.2022, 21:45
Türkiyədə zəlzələ baş verib

Türkiyənin Bodrum şəhərinin sahil zonasında zəlzələ baş verib.

APA-nın xəbərinə görə, məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

4,1 bal gücündə zəlzələ Muğla əyalətinin Bodrum rayonundan 3,43 kilometr aralıqda və 11,91 kilometr dərinlikdə saat 19:18-də baş verib. Qeyd olunub ki, yeraltı təkanlar şəhərin bütün ərazisində hiss olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol