Menu

Sirkə suyu içən şəxs xəstəxanada ölüb

12.02.2022, 14:00
Sirkə suyu içən şəxs xəstəxanada ölüb

Kürdəmirdə sirkə suyu içən şəxs xəstəxanada ölüb Kürdəmirdə sirkə suyu içən şəxs xəstəxanada ölüb Kürdəmir rayonunda sirkə suyu içən şəxs xəstəxanada ölüb.

"Report" Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Belə ki, rayon sakini, 41 yaşlı Qədirov Rəşad Rasim oğlu bir müddət əvvəl sirkə suyu içərək özünə qəsd etmək istəyib. Daha sonra yaxınlıqdakı insanlar onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. R.Qədirovun vəziyyəti ağır olduğu üçün o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Xəstəxanada müalicə alan R.Qədirov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol