Menu

HEYDƏR ƏLİYEVİN HƏMSƏDRLƏRƏ SƏRT İRADLARI - TARİXİ KADRLAR

13.02.2022, 11:02
HEYDƏR ƏLİYEVİN HƏMSƏDRLƏRƏ SƏRT İRADLARI - TARİXİ KADRLAR

Azərbaycan Televiziyasının efirində yayımlanan “Jurnalist araşdırması” verilişində Ulu Öndər Heydər Əliyevin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşlərdə narazılıqları əks olunan nadir kadrlar yayımlanıb.

Heydər Əliyev həmin kadrlarda ATƏT-in Minsk Qrupunun həmsədrlərinə sərt iradlarını bildirir. 2001-ci ilin noyabrın 4-də baş tutmuş belə söhbətlərin birində H.Əliyev bildirib:

“Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin 13 yaşı var, ATƏT-in Minsk Qrupunun 9 yaşı var. Amma görün, neçə illər keçib, məsələ həll olunmayıb. Bir az da ləngisək, ATƏT-in Minsk Qrupu böyük bir oğlan olacaq. Onu gərək evləndirək. Yaxud ola bilər, qız olsun, onu ərə verək. Bu daha tez ola bilər”.

Həmin görüntüləri təqdim edirik:

Şərhlər

TT 2022-02-15 06:41:22

Allah rehmet elesin . Dahi adam idi !!!

B.Qarabağlı 2022-02-13 15:02:58

Məcazi səslənsə də, gerçək iraddır. ATƏTin Minsk Qrupu beynəlxalq qurum təmsilçisi kimi deyil, açıq-aşkar işğalçə millətçi daşnaq-Kreml cütlüyünün dilmancı kimi fəaliyyət göstərib. Digər tərəfdə isə, Ermənistandan deporttasiya zorunu və DQMVdən azəri-türk ailələrinin öz doğma ata-baba mülklərlndən hərbi soyqırım CİNAYƏTLƏRİNİ mühakimə etmək əvəzinə SİYASİ münaqişə adlandırıblar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol