Menu

DİM bu gün sınaq imtahanı keçirib

13.02.2022, 16:47
DİM bu gün sınaq imtahanı keçirib

Dövlət İmtahan Mərkəzi fevralın 13-də respublikanın 11 şəhər və rayonunda ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirib.

Sınaq imtahanında abituriyentlərə ixtisas qruplarına uyğun olaraq hər fənnə (3 fənn) aid 30 test tapşırığı (ümumilikdə 90 tapşırıq) təqdim olunub. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır.

Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.

Bu gün, həmçinin inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib.

İmtahan nəticələrinin sabah gün ərzində elan olunması nəzərdə tutulur.

Şərhlər

Omar 2022-02-13 20:55:25

Başlığı yazanda nəzərə alın ki,bunun alt yazısı da oxunacaq.Basliqla yazının heç bir əlaqəsi yoxdur Ali məktəblərə qəbul imtahan sınaqları ilə dövlət qulluğuna imtahan arasında böyük fərq var.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol