Menu

“ABŞ əsgərləri Ukraynada döyüşməyəcək” - Pentaqon

13.02.2022, 23:36
“ABŞ əsgərləri Ukraynada döyüşməyəcək” -  Pentaqon

ABŞ əsgərləri Ukraynada döyüşməyəcək. Bunu bazar günü MCNBC telekanalının efirində Pentaqonun mətbuat katibi Con Kirbi bəyan edib.

“Prezident Co Bayden ABŞ qoşunlarının Ukraynada döyüşməyəcəyini açıq şəkildə ifadə edib”, - deyə o bildirib.

Kirbinin fikrincə, ABŞ əsgərlərinin hətta Amerika vətəndaşlarının ölkədən çıxarılması üçün istifadə edilməsi “yanlış anlaşılma riskini artıracaq və Rusiya ilə ABŞ hərbi qüvvələri arasında toqquşma ehtimalını artıracaq”. ( TASS)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol