Menu

BMT Ukraynadakı missiyasının formatını dəyişməyib

14.02.2022, 00:43
BMT Ukraynadakı missiyasının formatını dəyişməyib

BMT missiyasının Ukraynada olması ilə bağlı heç bir dəyişiklik yoxdur. “Report” xəbər verir ki, bu barədə TASS-a dünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

“Ukraynada BMT-nin mövcudluğunda heç bir dəyişiklik yoxdur”, - Dujarrik deyib.

Qeyd edək ki, son günlər müşahidə edilən gərginlik fonunda bir sıra ölkələr vətəndaşlarını Ukraynaya səfər etməməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol