Menu

Qərb Rusiyanı separatçıların keçirdiyi "seçkiləri" tanımamağa çağırıb

01.11.2014, 09:38
Qərb Rusiyanı separatçıların keçirdiyi "seçkiləri" tanımamağa çağırıb

NATO Baş katibi Jens Stoltenberg Rusiyanı özünü xalq respublikaları elan etmiş Donetsk və Luhansk bölgələrində noyabrın 2-də keçirilməsi gözlənilən seçkiləri tanımamağa çağırıb.

"Rusiya rəsmilərinin bu seçkilərin Moskva tərəfindən tanınacağı barədə bəyanatları Rusiyanın Ukraynada sabitliyi pozmaq cəhdlərindən əl çəkmədiyini göstərir", Stoltenberg bəyan edib.

"NATO müttəfiqləri beynəlxalq birliyin bir hissəsi olaraq separatçıların seçkisini tanımadıqlarını aydın şəkildə bildiriblər", deyən alyansın Baş katibi Rusiyanı Minsk razılaşmalarına hörmət etməyə çağırıb.

Almaniya kansleri Angela Merkel, eləcə də Ukrayna və Fransa prezidentləri Petro Poroşenko və François Hollande prezident Vladimir Putinlə dördtərəfli telefon danışığı zamanı Rusiyanı "seçkiləri" tanımamağa çağırıblar.

Kremlin vebsaytında, həmin telefon danışığı barədə məlumatda "seçki" sözü işlədilmədən, rəsmi Kiyevin Donetsk və Luhansk nümayəndələrilə dialoqunun Moskva tərəfindən dəstəkləndiyi bildirilib.

Məlumatda qeyd olunub kı, telefon danışıqları zamanı tərəflər ATƏT nəzarəti altında atəşkəsə əməl edilməsi və kontakt qrupunun fəaliyyətinin davam etdirilməsini dəstəkləyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol