Menu

"Sağlam yaşa, 100 yaşa” layihəsinə start verildi - FOTO

14.02.2022, 15:36
"Sağlam yaşa, 100 yaşa” layihəsinə start verildi - FOTO

Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il kiçik qrant müsabiqəsinin qalibi olmuş “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin “Hər kim 100 il yaşamsa günah onun özündədir, Sağlam yaşa, 100 yaşa” layihəsinin icrasına start verilib.

"Bakupost.az" xəbər verir ki, layihə çərçivəsində Bakı və Sumqayıt şəhərlərində dörd ayrı qrupa sağlam həyat tərzi ilə bağlı təlim keçirilməsi nəzərdə tutulub. Layihəyə HEALTHWAY (Sağlam həyat tərzi) komandası təşkilati dəstək göstərir.

Layihəyə HEALTHWAY (Sağlam həyat tərzi) komandası təşkilati dəstək göstərir. 

• Sağlam həyat tərzinin qaydaları; 

• Düzgün qidalanma;

• Düzgün yuxu rejimi; 

• Gündəlik tövsiyyə edilən hərəkətlər; 

• Erkən müayinə; 

• Biblioterapiyanın (kitab oxumaq) faydaları; 

• Fitoterapiya (bitkilərdən həyatımızda düzgün istifadə); 

• Artterapiyanın faydaları; 

• Aromaterapiyanın faydaları; 

• İnsanlarla düzgün münasibət və stresdən uzaq olmağın yolları;

• Stresin idarə olunması;

• Büdcənin idarə olunması;

• Depressiya hallarının erkən müdaxilə ilə qarşısının alınması; 

• Yalnış həyat tərzinin insanlarda en çox yaratdığı, sürətlə artmaqda olan xəstəliklər və onlarla mübarizə; 

• Sağlam mühitin yaradılması;

• Telefonun verdiyi fəsadlar və təlefon alüdəçiliyinin aradan qaldırılması;

• Siqaret, içki və narkomaniyanın zərərləri və iradənin idarə olunması;

• Təbiəti qoru çünki sən onun bir hissəsisən; 

• Yaşılı seç;

• Sağlam düşünmək;

• Sağlam qərar vermək; 

• Sağlam münasibətlər qurmaq;

• Sağlam təfəkkürə sahib olmağın insan həyatında rolu. Təlim iştirakçılarına iştirakçı sertifikatı təqdim ediləcəkdir.

Təlim aşağıdakı mövzuları əhatə edəcəkdir:

Təlimdə iştirak tam ÖDƏNİŞSİZDİR!

İştirak etmək istəyənlər ətraflı məlumat üçün aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərlər.

@healthway.az

 Tel: 051-291-72-25

Şərhlər

Samir 2022-02-14 18:51:06

Xeyir ola!? Yoxsa hökumətimiz pensiya yaşını 100-ə qaldırmaq istəyir. Yəni qaldıracaq və kim də 100 yaşına çata bilməyib pensiya ala bilməyəcəksən deyəcək ki, " günah sənin özündədir" Vəssalam....

Adəm 2022-02-14 18:16:14

Camaat yeyesi çörəyi zorla tapır siz nə danışırsınız

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol