Menu

Mehdiyevin məqaləsi AMEA-nın saytından silindi

15.02.2022, 14:53
Mehdiyevin məqaləsi AMEA-nın saytından silindi

AMEA-nın eks-prezidenti Ramiz Mehdiyev dünən tutduğu vəzifədən istefa verdikdən dərhal sonra onun alimləri və deputatları təhqir, siyasi hakimiyyəti şantaj edən yazısı akademiyanın rəsmi saytından silinib. 

Qurumun Mətbuat Xidmətinin rəhbəri Azadə Balayeva "AzPolitika.info"-nun sorğusuna cavab olaraq sayta baxmadığını, bu barədə məlumatsız olduğunu bildirib.

Xatırladaq ki, "AMEA Mətbuat Xidmətinin məlumatı" başlıqlı geniş yazıda R.Mehdiyevin dilindən onu tənqid edən alimlər və deputatlar təhqir edilmişdi.

Bundan başqa Mehdiyev həmin yazıda özünü rus dilinin, mədəniyyətinin hamisi kimi təqdim edib, milli təhsil sistemini, bu sahədə son illər aparılan islahatları aşağılamağa cəhd etmişdi.

Mehdiyevin diqtəsi ilə hazırlanan bu məqalə ciddi narazılığa səbəb olub. Deputatlar, elm adamları, siyasətçilər Mehdiyevin ünvanına sərt ifadələr səsləndirib, onu müxtəlif cinaytlərdə, dövlətə xəyanətdə ittiham edirlər.

Yeni Azərbaycan Partiyası isə onun bu hərəkətlərini əsas götürərək Ramiz Mehdiyevin hakim siyasi təşkilatın sıralarından xaric edilməsi ilə bağlı hazırlıqlara başlayıb.

"AzPolitika.info" 

Şərhlər

İsmayıl 2022-02-15 15:14:10

Onlar bir yana,yığdıqları milyardları geri alın və xalq arasında bölün

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol